Ermənistanın sabiq prezidenti Robert Koçaryan iyunun 20-nə təyin edilmiş parlament seçkilərində partiyalar blokunun rəhbəri qismində iştirak edəcək.
TASS-dan verilən məlumata görə, bu barədə keçmiş dövlət başçısı Rusiya televiziyasına açıqlamasında bildirib.
“Ölkəmə 10 il ərzində rəhbərlik etmişəm, amma bitərəfəm. Yəqin ki, iki partiyadan ibarət olacaq blokun rəhbəri kimi iştirak edəcəyəm”, - o deyb.
R.Koçaryan həmin blokun məhz hansı partiyalardan ibarət olacağını dəqiqləşdirməyib.