Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Rusiyanın “Birinci Kanalı”nda məşhur aparıcı Vladimir Poznerin qonağı olub.
Koçaryan Poznerin Ermənistanın Dağlıq Qarabağdakı məğlubiyyəti ilə bağlı suallarına cavab verib.
Ermənistanın keçmiş rəhbəri ilk öncə ölkədəki vəziyyətdən danışıb.
“Müharibədəki ağır məğlubiyyət, cəmiyyətin psixoloji çöküşü, onun ikiləşməsi, fikir ayrılıqları, hətta deyərdim parçalanması, dərin təlatümlər, iqtisadiyyatdakı, idarəetmədəki problemlər... Bax, mən Ermənistandakı mövcud vəziyyəti belə xarakterizə edərdim. Yəni, haqqında müsbət fikir söyləmək mümkün olan bir sahə yoxdur. Heç olmasa nisbətən. Yəni müharibəni necə uduzmaq və ölkəni normal vəziyyətdə saxlamaq olar?”, - deyə Koçaryan söyləyib.
Pozner Koçaryanın 10 noyabrda imzalanan sülh müqaviləsinin şərtlərinə münasibətini öyrənib.
Lakin əhalini elə axmaq yerinə qoymuşdular ki, imzalanan bəyanat Ermənistanda çoxlarını şoka saldı. Bəs biz guya hücuma keçirdik?! Məlum oldu ki, Ermənistan müharibə dövründə bircə dəfə də olsun uğurlu əməliyyat keçirməyib. Uğursuzluq ardınca uğursuzluq…”.
“Ermənistan dövlətinin və Ermənistan ordusunun bugünkü vəziyyəti ayıq düşüncəli heç bir insanın bu cür revanş haqda düşünməsinə, sadəcə, imkan vermir” – deyə cavab verən sabiq prezident onu da bildirib ki, bugünkü sülhü çox ədalətsiz hesab edir: “Rusiya Prezidentinin oktyabrın 19-da məlum təklifi olub. Lakin erməni tərəfi onu rədd edib. Yəni müharibəni tamamilə başqa səpkidə dayandırmaq imkanı var idi, amma Ermənistanın baş naziri belə bir qərarı qəbul etmək məsuliyyətini öz üzərinə götürmədi. Halbuki Ermənistan Baş Qərargahının yazılı raportu var idi ki, biz müharibəni uduzuruq... Nəticədə, biz oktyabr ayının 19-da itirə biləcəyimizdən on dəfə çox itirdik. Üstəgəl daha bir neçə min ölü və yaralı…”.