Ukrayna nəhənglərin savaş poliqonuna çevrilə bilər Rusiyada nüvə silahından danışmağa başladılar

Dünya 11:29 06.04.2021

Rusiya Ukrayna sərhədlərinə və Krıma qoşun cəmləşdirməkdə davam edir. Buna paralel olaraq Rusiya KİV-ləri və ekspertləri Ukraynanın Donbass separatçıları üzərinə irimiqyaslı hücuma hazırlaşdığı barədə ictimai rəy formalaşdırmağa çalışmaqdadır. Eurasia Diary xəbər verir ki, son məlumatlara görə Rusiya Müdafiə Nazirliyi Krıma S-400 “Triumf” və S-300 zenit-raket komplekslərinin yeni diviziyonlarını göndərib.

Ukrayna prezidenti Vladimir Zelenski isə Böyük Britaniyanın baş naziri Boris Consona zəng vurub və Rusiyaya qarşı dəstək xahiş edib. Telefon danışığı zamanı Donbassdakı vəziyyət, Rusiyanın Ukrayna sərhədlərinə qoşun cəmləşdirməsi müzakirə olunub.

Rusiya ekspertləri isə hətta Donbassda taktiki nüvə silahının tətbiqinin mümkünlüyü haqda danışmağa başlayıblar. Hərbi ekspert Konstantin Sivkov deyir ki, Ukrayna hakimiyyəti Donbassdakı münaqişəyə Birləşmiş Ştatları cəlb etmək üçün bütün mümkün olanı edir. Üstəlik Böyük Britaniya və Almaniya da işə qarışa bilər. Və onun fikrincə, belə vəziyyətdə Rusiya əlini yanına sallayıb boş dayanmayacaq. Ona görə də situasiya nəzarətdən çıxa bilər.

 

Sivkovun sözlərinə görə, separatçı Donetsk və Luqansk “xalq respublikaları” özləri Kiyevin irimiqyaslı hücumunun qarşısını ala bilməzlər. Ona görə də Rusiya “hökmən müdaxilə edəcək”. Bu da NATO ilə Rusiya arasında Ukrayna ərazisində müharibəyə gətirib çıxaracaq. Onun fikrincə, bu zaman tərəflərdən biri “gərginliyə tab gətirməyə və taktiki nüvə silahını tətbiq edə bilər”.

Sivkov deyir ki, bunun baş verməməsi üçün iki bəyanat vermək lazımdır: əgər Ukrayna Donbassa hücum etsə Rusiya regiondakı vətəndaşlarını (Rusiya yüz minlərlə Donbass sakinlərinə öz pasportlarını paylayıb,-red.) müdafiə etmək üçün mümkün olanı edəcək. İkinci bəyanat:  əgər NATO-nun bir üzvü belə münaqişəyə qarışsa Rusiya nüvə silahını tətbiq etmək haqqını özündə saxlayacaq.

Gərginlik Amerika ekspert çevrələrində də müzakirə olunmaqdadır. Vaşinqtondakı Atlantic Council mərkəzinin ekspertləri deyirlər ki, Rusiyanın Ukrayna sərhədlərində qoşun cəmləşdirməsinin iki səbəbi var. Birincisi, Rusiyada yaxınlaşan Duma seçkiləridir, ikincisi isə hakim partiyanın reytinqinin aşağı düşməsidir. Atlantic Council-in Avrasiya mərkəzinin direktoru Con Herbst (Kiyevdəki keçmiş səfir)  bildirir ki, Rusiya KİV-lərinin Ukraynanın atəşkəsi pozması haqda feyk məlumatları tirajlaması və sərhədə qoşun cəmləşdirilməsi məhz Kremlin hücuma hazırlaşdığına dəlalət edir.

 

“Məqsəd Mariupolun və ya Xerson vilayətindəki Dnepr çayından Krıma gedən su kanalının nəzarətə götürülməsi ola bilər. Və yaxud Rusiya Donets və Luqansk “xalq respublikalarına” özünün “sülhməramlı qüvvələrini” yeritmək arzusundadır”,-o bildirib. Herbst hesab edir ki, ola bilsin Rusiyanın məqsədi həm də Ukrayna prezidenti Vladimir Zelenskini qorxutmaq və ABŞ-ın yeni administrasiyasını sınağa çəkməkdir.

“Əgər belədirsə deməli Bayden sınaqdan çıxıb. Çünki ötən həftə Vaşinqton Kiyevi zənglərlə sadəcə olaraq bombardman edib. ABŞ prezidenti özü zəng vurub, habelə onun milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan, dövlət katibi Entoni Blinken, müdafiə naziri Lloyd Ostin və Birləşmiş Qərargah rəisləri Komitəsinin rəhbəri Mark Milli zəng vurublar. Sonuncu Kremlin mesajı aldığına əmin olmaq üçün üstəlik Moskvaya da zəng vurub”,-Herbst bildirib.

Qeyd edək ki, Türkiyədə Ukraynaya mümkün dəstəyi verir və gözlənilir ki, məsələ prezident Zelenskinin aprelin 10-da Ankaraya səfəri zamanı müzakirə olunacaq.

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

Haber Qlobal: Ermənilər belə cəsurdursa, döyüş meydanında Azərbaycan ordusuna cavab versinlər - VİDEO
Haber Qlobal: Ermənilər belə cəsurdursa, döyüş meydanında Azərbaycan ordusuna cavab versinlər - VİDEO
09:08 24.04.2024
Qırğızıstan prezidenti bu gün Azərbaycana gələcək
09:00 24.04.2024
“X”-in işində NASAZLIQ YARANIB
06:00 24.04.2024
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
05:00 24.04.2024
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
Hamısı