Sarayda nə baş verir...

Dünya 21:11 06.04.2021

Britaniyanın “The İndependent” nəşri son vaxtlara qədər Yaxın Şərqin sabitlik adası hesab edilən “ərəb baharı” adlandırılan dağıdıcı inqilablardan qoruna bilmiş İordaniyada, daha doğrusu ölkənin hakim kral ailəsində baş verənlərdən yazır.

Məqalədə deyilir ki, jurnalistlər İordaniyanı bəzən “Cansıxıcı Haşimi krallığı” adlandırırlar, çünki burada çox az hadisələr baş verir. Amma ötən şənbə belə olmayıb. Kral II Abdullanın atabir qardaşı Həmzə bin Hüseyn internetdə açıqladığı videoda iddia edib ki, onu ev məhbusu ediblər. Şahzadə habelə ölkə rəhbərliyini korrupsiya və səriştəsizlikdə ittiham edir. Bu, kral ailəsində nadir hallarda görünən ixtilafdır.

Əmman, Əl-Alam kral sarayı

Aprelin 4-də İordaniyanın baş naziri Ayman Safadi deyib ki, ölkədə şahzadə Həmzənin iştirakı ilə “ziyanlı bir qəsdin” üstü açılıb. Baş nazir, Həmzənin “krallığın xarici düşmənləri” ilə əlaqədə ittiham edib və bildirib ki, xüsusi xidmətlər şahzadəni bir müddət izləyib. Safadi deyib ki, hadisə ilə bağlı 14-16 nəfər həbs olunub. Həbs edilənlərin arasında kral ailəsinin daha bir nümayəndəsi Şərif Həsən bin Zaid və Bassem Avadallah da var.

Kral və onun qiyamçı qardaşı

Şərif bin Zaid bir vaxtlar krallığın Səudiyyə Ərəbistanındakı səfiri olub. Avadallah isə keçmişdə saray administrasiyasının rəhbəri və kralın ən yaxın müşavirlərindən idi. “The Independent” yazır ki, İordaniya ümumən təlatümlü regionda sabitlik qalası hesab olunur. Burada portretləri bütün divarlardan asılan II Abdulla 2011-ci ildə böyük bir inqilabın qarşısını alıb. Monarx buna görə bir sıra islahatlar həyata keçirib, dövlət sektorunda on minlərlə yeni iş yerləri açacağını vəd edib. O vaxtdan bəri İordaniya qəzetlərinin başlıqlarında qonşu Suriya, İraq və son vaxtlar İsrail və Səudiyyə Ərəbistanının adlarını görmək olar.

Lakin məqalədə deyilir ki, həqiqət əlbəttə, daha qəlizdir. Müəllifin sözlərinə görə, İordaniya artıq bir müddətdir ki, narahatlıq keçirir. Bu, dünyanın içməli suya çıxışı olmayan ən quraq ölkələrindən biridir. Ölkə iqtisadiyyatı böhran keçirir. İordaniya bütün dünyada ən sərt koronavirus karantinlərindən birini tətbiq edir. Buna baxmayaraq pandemiyanı cilovlamaq mümkün olmur və xəstəxanalarda oksigen aparatlarının çatışmaması üzündən 6 nəfər vəfat edəndən sonra səhiyyə naziri istefa verib. Məqalədə deyilir ki, rəsmi işsizlik 25 faizdən az olsa da, reallıqda bu rəqəm 40 faizdən yüksəkdir.

Son həftələr və aylar ərzində fəallar və etirazçıların təqibi gücləndirilib. İordaniyada mənzillənmiş ekspert Teylor Lak bildirir ki, krallığın ən böyük ictimai təşkilatı olan Müəllimlər İttifaqı ləğv edilib. Hökumət müəllimlərə çoxdan verdiyi maaş artımı vədini yerinə yetirməkdənsə, bir çox müəllimlər həbsxanalara atılıb. Lakin bütün bunlar ötən həftəsonu krallığı silkələyən hadisənin yanında heç nədir.

Şahzadə Həmzə əhali arasında heç də təkcə atasına oxşarlığına görə böyük nüfuza malik deyil. Kral Hüseyn əvvəlcə məhz onu vəliəhd şahzadə elan etsə də, həyatının son həftələrində böyük oğlu, ən sevimli arvadı kraliça Nurdan olan Abdullanı varis elan edib. Kral Abdulla elə buna görə daim qardaşına göz qoyub. Onun vəliəhdliyi 2004-cü ildə ləğv olunub. Abdulla bu vəzifəni öz oğuna verib. Bütün bunlara baxmayaraq şahzadə Həmzə xüsusən də incik, amma qüdrətli tayfalar arasında həmişə sevilib. Ötən şənbə Həmzə məhz bu tayfaların başçıları ilə görüşmüşdü.

“The Independent” yazır ki, onun ev dustağı edilməsi tərəfdarlarını qəzəbləndirib. Teylor Lak deyir ki, bu dəfə həbs olunanların arasında həm saray, həm iqtisadi, həm də liberal elitanın nümayəndələri var. Ekspertlər bildirirlər ki, ucdantutma həbslər krallıqdakı siyasi böhranı daha da dərinləşdirəcək. Vaterlo Universitetinin professoru Bessma Momani deyir ki, “onlar populyar şahzadəni həbs ediblər və iordaniyalılar, xüsusilə Şərq Sahilindəki tayfalar hiddətlidirlər.

Tayfa həftəsonu verdiyi bəyanatda tanınmış üzvləri - Yasser Məcali, Şeyx Samir Məcali və İordaniya hökuməti və hərbiyyəsində yüksək postlar tutan başqa qəbilədaşlarının həbslərini qətiyyərlə pisləyir və bildirir ki, təhlükəsizlik qüvvələri bu adamların evlərinə sanki quldur və ya narkobaronların evlərinə reyd keçirimiş kimi basqın edib: “Bu hərəkətə ehtiyac yox idi. Bu hərəkətlərə - həbslərə əmr verənlər həm hüquqi, həm də tayfa səviyyəsində məsuliyyət daşıyacaqlar”.

Nəşr yazır ki, İordaniya regional sülhün dayaqlarından biridir. Təsadüfi deyildir ki, ABŞ, Səudiyyə Ərəbistanı və region boyunca ərəb ölkələri kral Abdullanı dəstəkləyən bəyanatlar veriblər.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı