Son günlərdə Ermənistanda dolların məzənnəsi 13 faiz qalxıb.
Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, bu barədə erməni iqtisadçı ekspert Samson Qriqoryan “Facebook” səhifəsində yazıb.
“Əksəriyyəti təşkil edən idxal məhsulları insanlar üçün yalnız məzənnənin dəyişməsinə görə təxminən bu qədər bahalaşıb.
Faktiki olaraq 20 və daha artıq faiz idxal məhsullarının infilyasiyasına sahibik.
Dram hesablaması ilə idxal olunan malların gömrük rəsmiləşdirilməsindən əldə edilən gəlir dövlət üçün bu qədər artıb.
Dram hesablaması ilə vergi gəlirləri təxminən bu qədər artıb.
Bəs vətəndaşın gəliri nə qədər artıb? 0 dram”, - deyə o qeyd edib.