Ötən ilin dekabrından bəri Donbasda vəziyyət kəskinləşməyə başlayıb; bu günə qədər 20-dən çox Ukrayna hərbçisi həlak olub.
Eurasia Diary Virtualaz.org-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevə gələn NATO Hərbi Komitəsinin sədri, general Stüart Piç-lə görüşündə deyib.
"Təəssüf ki, biz hazırda Ukraynanın şərqində, Donbasda baş verən fəsadları görürük. Həqiqətən, atəşlərin sayının artdığını görürük", - deyə TASS V.Zelenskidən sitat gətirir.
Söhbət əsnasında V.Zelenski Ukraynaya göstərdiyi diqqət və dəstəyə görə NATO-ya təşəkkür edib.
Piç Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Ruslan Xomçakla da görüşüb. Ukrayna Hərbi İdarəsi mətbuat xidmətinin məlumatına görə, “NATO-nun Hərbi Komitəsinin sədri Şimali Atlantika Alyansı tərəfindən Ukraynaya gələcəkdə də dəstək veriləcəyini bəyan edib”.