“Rus desantçılarını güllələməyə hazıram”. - Ukraynanın eks-prezidenti | Eurasia Diary - ednews.net

6 May, Cümə axşamı


“Rus desantçılarını güllələməyə hazıram”. - Ukraynanın eks-prezidenti

Dünya A- A A+

“Rus desantçılarını güllələməyə hazıram”.

Bunu ölkənin eks-prezidenti və Üçtərəfli Təmas Qrupunda Ukrayna nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk bildirib.

O, “Ukrayna 24” telekanalının efirində Dmitri Qordona verdiyi müsahibəsində belə bir açıqlama verib. “Rusiya bayraqlı paraşütçülər ölkəmin ərazisinə enərsə, onlara mütləq atəş açaram”.

Siyasətçinin sözlərinə görə, evində təyinatı üzrə istifadə edəcəyi silahı var. Üstəlik, artıq “silah təmizlənib və döyüşə hazırlanıb”.

Eks-prezident deyib: “Düşməni görəndə, silaha sarılacaq və sonuncu gülləyə qədər onunla vuruşacağam. Düşmən görünən kimi onu öldürəcəyəm. Bundan sonra nə olacaq, artıq mənim üçün maraqlı deyil, amma onu mütləq öldürəcəyəm”.

Müsahibə zamanı keçmiş Ukrayna lideri düşmənlərini “evi ətrafında dolaşmamağa” çağırıb. O, Ukraynanın işğalı vəziyyətində, ABŞ da daxil olmaqla, dünyadakı bütün demokratik qüvvələrin ölkəsini müdafiə etmək üçün ayağa qalxacağına inanır.

Yenisabah.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...