Rusiyanın baş prokuroru İqor Krasnov Ermənistanda səfərdədir.
Eurasia Diary Report-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş Prokurorluğunun ictimaiyyətlə əlaqələr üzrə bölməsinin müdiri Arevik Xaçatryan feysbuk səhifəsində yazıb.
“Ermənistanın baş prokuroru Artur Davtyan aprelin 8-də Yerevanın “Zvartnos” hava limanında Rusiyanın baş prokurorunu qarşılayıb”, - o bildirib.
Daha sonra tərəflər arasında görüş keçirilib. Görüşün yekununda Rusiya və Ermənistan Baş prokurorluqları arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair müqavilə imzalanıb.
Qeyd edək ki, səfər Ermənistanın baş prokurorunun dəvəti ilə reallaşıb.