Qukasyan Xankəndindəki yoxsullar məhəlləsini yandırıb yerində malikanə tikdirib... | Eurasia Diary - ednews.net

12 May, Çərşənbə


Qukasyan Xankəndindəki yoxsullar məhəlləsini yandırıb yerində malikanə tikdirib...

Dünya A- A A+
"Azərbaycan hüquq-mühafizə orqanları belə erməni məmur və oliqarxların dövlətimizə qarşı törətdikləri cinayətlərin üzərinə öz soydaşlarına qarşı da etdikləri cinayətləri gələrək onların hamısını damlasa, yerdə qalanlar quzu kimi yerlərində oturacaqlar..."
 
Azərbaycan torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin keçmiş başçısı Arkadi Qukasyanın Qarabağda öz soydaşlarına qarşı törətdiyi cinayətlər üzə çıxır.
 
Eurasia Diary Moderator.az-a istinadən xəbər verir ki, bu haqda Xankəndində yaşayan erməni bloger Artur Osipyan bu günlərdə  paylaşdığı erməni məmur-oliqarxların bu şəhərdə qurduqları malikanələrin görüntüləndiyi videosunu  şərh edərkən danışıb.
A.Osipyanın sözlərinə görə,  A.Qukasyan separatçı xuntanın başında olduğu vaxt bir gün kefinə verib və Xankəndində yoxsulların yaşadığı əsasən taxtadan tikilmiş “fin” evlərini yandırtdırıb. Yanğın zamanı A.Osipyanın anası da, onu xilas etmək istəyərkən özü də və digər ermənilər də ağır xəsarətlər alıb. Evlər yanıb külə döndükdən sonra qondarma rejim başçısı “dövlət” büdcəsi hesabına həmin yerdə “prezident” iqamətgahı tikdirib. Daha sonra isə bütün hakimiyyət rıçaqlarından yararlanaraq bu malikanəni qanunsuz olaraq öz adına özəlləşdirib.  Məlumata görə, A.Qukasyan, həmçinin, yaxındakı “mərkəzi müdafiə alayı”nın ərazisini də özəlləşdirib və bu günədək həmin ərazinin icarəsinə görə rejimdən hər il 10 milyonlarla pul alır.
 
Erməni bloger A.Qukasyanın villasının yaxınlığında daha bir Qarabağ “qəhrəmanı”nın – separatçı xuntanın keçmiş “müdafiə naziri” Movses Akopyanın da malikanəsini  nümayiş etdirib. Əslində həmin yerdə 1-ci Qarabağ savaşında gorbagor olmuş işğalçı erməni hərbçilərinə abidə qoyulmalıymış. Orada əvvəllər üzərində bu haqda yazı yazılmış daş da olub...  
P.S. Son onilliklərdə Ermənistanın  və separatçı rejimin nəzarətində olan ərazilərimizdəki ermənilərin belə məmur və hərbçilər tərəfindən istismara, özbaşınalığa, korrupsiyaya və  digər cinayətlərə məruz qalması haqda faktlar sonsuzdur.  Və bu da Azərbaycanın tərkibində olarkən rifah içində yaşamış, 1-ci Qarabağ savaşı başlayandan sonra isə ağır duruma düşmüş erməniləri belə fitnəkarlara dəstək verdiklərinə görə məyus edir. Sözsüz ki,  hüquqi ərazimizdə yaşayan yoxsul ermənilər bu miskin durumdan onları xilas edəcək güc axtarırlar. Və kim onlara daha çox dəstək olsa, erməni xislətlərinə uyğun olaraq ona baş əyəcəklər. Hələlik Qarabağdakı ermənilər zəif də olsa, bir qayğını ordusunu yenidən bu ərazidə yerləşdirmiş Rusiyadan, bir az da Ermənistandan görürlər.  Lakin onların yerini tezliklə bu torpaqların əsl sahibi, yəni Azərbaycan dövləti tutmalıdır ki, öz halal tarixi-hüquqi torpaqlarının gerçək  yurisdiksiyasına, idarəçiliyinə qaytarmağa dinc yolla nail olsun...
 
P.P.S. Azərbaycan hüquq-mühafizə orqanları Qarabağdakı erməni məmur və oliqarxların onillərlə dövlətimizə qarşı törətdikləri separatçı, hərbi, iqtisadi və s. cinayətlərinin üzərinə öz soydaşlarına, yəni keçmiş Azərbaycan vətəndaşları olan ermənilərə qarşı da etdikləri cinayətləri gələrək onların hamısını damlasa, yerdə qalanlar quzu kimi vətəndaşlığımızı qəbul edib yerlərində oturacaqlar...

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...