Ermənistanın ikinci prezidenti Robert Koçaryan baş nazir Nikol Paşinyana qarşı məhkəmədə iddia qaldırıb.
Bu barədə Ermənistanın məhkəmə məlumat sistemində yerləşdirilmlş informasiyada belə deyilir.
İddia məhkəməyə aprelin 7-də daxil olub. İddiaya Yerevan məhkəməsində hakim Artur Mkrtçyanın sədrliyi ilə baxılacaq.
İddia Robert Koçaryana qarşı başlamış və sonradan ləğv edilmiş cinayəti işi ilə bağlıdır. Keçmiş prezident iddia edir ki, onun ədalətli məhkəmə araşdırması hüququ pozulub və ona maddi və mənəvi ziyan vurulub.
R.Koçaryan N.Paşinyandan həm də onunla bağlı verdiyi bəyanatları təkzib etməsini və 4 milyon dram (8 min dollara yaxın) məbləğində kompensasiya ödəməsini tələb edir.