Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Qarabağ separatçılarına rəhbərlik edən Arayik Arutyunyanla görüşüb
"Sputnik Ermənistan”dan verilən məlumata görə, Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqların nəticələri barədə danışıb, görüşdə Qarabağdakı vəziyyət müzakirə edilib.
O, Qarabağ məsələsinin Rusiya prezidenti ilə danışıqların gündəliyində əsas yer tutduğunu bildirib.
Paşinyan Rusiya sülhməramlılarının bu gün təhlükəsizlik və sabitliyin təmin olunmasında əsas rol oynadıqlarını söyləyib. Rus kontingentinin fəaliyyətinin bundan sonra da eyni dərəcədə təsirli olacağına ümid etdiyini vurğulayıb.