ABŞ Türkiyəyə S-400 almağı bağışlamadı - Sanksiyalar açıqlandı | Eurasia Diary - ednews.net

12 May, Çərşənbə


ABŞ Türkiyəyə S-400 almağı bağışlamadı - Sanksiyalar açıqlandı

Dünya A- A A+

ABŞ rəhbərliyi ötən gün Rusiyanın S-400 zenit-raket komplekslərinin satın alınmasına görə Türkiyə Müdafiə Sənayesi İdarəsinə qarşı daha əvvəl tətbiq olunan sanksiyalar barədə bildiriş yayıb. ABŞ Dövlət Departamentinin müvafiq bildirişi ABŞ Hökumətinin rəsmi sənədlər toplusu adlandırılan Federal Reyestrdə dərc edilib.

Sənədə görə, məhdudlaşdırıcı tədbirlər həm Türkiyə Müdafiə Sənayesi İdarəsinə, həm də onun rəhbəri İsmail Dəmirə, həmçinin təşkilatın rəhbərliyinin üç nümayəndəsinə Mustafa Alper Dəniz, Serhat Gəncçol və Faruk Yiğitə də aid edilir.

Qeyd edək ki, bu qərarlar barədə hələ prezident Donald Trampın rəhbərlik etdiyi əvvəlki ABŞ rəhbərliyi dövründə 14 dekabr 2020-ci ildə elan edilmişdi. Məhdudiyyətlər CAATSA qanunlarına əsasən tətbiq olunur. Yeni bildirişdə sanksiyaların 14 dekabr 2020-ci ildə qüvvəyə mindiyi bildirilir.

Dekabr ayında tətbiq olunan sanksiyalar ABŞ-ın Türk Müdafiə Sənayesi İdarəsinə verdiyi lisenziyaların və icazələrin qadağan edilməsi ilə yanaşı, təşkilatın adları qeyd edilən rəhbərlərinin aktivlərinin dondurulması və giriş məhdudiyyətlərini də əhatə edir.

ABŞ və Aİ Türkiyə ətrafındakı dairəni sıxırlar. Bu münasibətlərin gərgin olmasına və düşmənçilik həddində olacağı demək deyil. Əksinə, həm ABŞ, həm də Aİ-nin danışıqlarının mövzusu, Qərbin sanksiyaları artıracağını, Türkiyənin isə öz rıçaqları ilə müqavimət göstərəcəyini göstərir.

Hərbi çevriliş təhdidi ittihamı ilə 10 təqaüdçü türk admiralının həbsi Aİ-nin yüksək səviyyəli nümayəndə heyətinin Türkiyəyə səfəri ərəfəsində baş verir. Həbslər yeni daxili problemlərin yaranmasına gətirib çıxarıb.

Xatırladaq ki, 103 təqaüdçü türk admiralı daha öncə Montrö Konvensiyasına qarşı qərar qəbul etməmələri barədə hakimiyyətə xəbərdarlıq edən bir məktub yayımlamışdılar. 1936-cı ildə qəbul edilmiş konvensiya ticarət gəmilərinin Bosfor boğazı və Qara dəniz boyunca hərəkətini tənzimləyir.

Ölkədə Ərdoğanın konvesiyadan çəkilə biləcəyi qorxusu var. Bu, parlamentin sədri Mustafa Şəntopun “prezident istəsə bunu etmək hüququna malikdir” ifadəsi ilə çıxış etməsinə səbəb olub.

Daha sonra, Türkiyə polis orqanları tərəfindən Montrö Konvensiyasını dəstəkləyən kollektiv məktubu imzalayan 10 təqaüdçü admiralı həbs etdi. Onlar hökuməti hərbi çevrilişlə təhdid etməkdə günahlandırılırlar.

Ordu.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...