Rusiya dişlərini "itiləyir" - "NATO vəziyyəti gərginləşdirəcək" | Eurasia Diary - ednews.net

15 May, Şənbə


Rusiya dişlərini "itiləyir" - "NATO vəziyyəti gərginləşdirəcək"

Dünya A- A A+

Kiyevin gözləntilərinə rəğmən, NATO-ya hipotetik üzvlük nəinki Ukraynaya sülh gətirəcək, əksinə cənub-şərqdə vəziyyətin genişmiqyaslı gərginləşməsinə səbəb olacaq. Eurasia Diary xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkənin NATO-ya üzvlüyünün Donbasdakı qarşıdurmaya son qoyacağına dair açıqlamasına münasibət bildirərəkən deyib.

Onun sözlərinə görə, bu, Ukrayna dövlətçiliyi üçün geri dönməz nəticələrə səbəb ola bilər.

Xatırladaq ki, Zelenskinin fikrincə, Ukraynanın NATO-ya üzvlüyü Donbasdakı müharibəyə son qoymağın yeganə yoludur:

“Biz ordumuzda və müdafiə sektorunda islahatlar aparırıq, lakin tək islahatlarla Rusiyanı dayandırmaq olmaz. NATO-ya üzvlük Donbasda müharibənin bitməsinin yeganə yoludur. Üzvlüklə bağlı fəaliyyət planı Rusiya üçün əsl siqnal olacaq”.

Azvision.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...