"Türkiyə ilə Ukrayna birgə təyyarə istehsal edəcək" - Vladimir Zelenski | Eurasia Diary - ednews.net

12 May, Çərşənbə


"Türkiyə ilə Ukrayna birgə təyyarə istehsal edəcək" - Vladimir Zelenski

Dünya A- A A+

“Türkiyə ilə Ukrayna 2023-cü ilə qədər prioritet investisiya layihəsi siyahısını təsdiqlədi. Bura infrastruktur, hava limanı və nəqliyyat kimi hərtərəfli layihələr daxildir”. 

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, Türkiyədə səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra keçirilən birgə mətbuat konfransında bu fikirləri bildirib. 

“Türkiyə ilə Ukrayna arasında Azad Ticarət Sazişinin imzalanması ikitərəfli ticarətimizi liberallaşdırmaqla mümkün olacaq”, deyə bildirən V.Zelenski bu addımların nə qədər böyük məsuliyyət olduğunu və hər iki tərəfin milli maraqlarına uyğun olmasının vacibliyini qeyd edib: “Bu səbəbdən cənab Ərdoğanla vacib sazişin imzalanmasına imkan verəcək kompromislər barədə razılığa gəldik”. 

Enerji sahəsində əməkdaşlığa dair hər iki ölkənin razılığa gəlindiyini qeyd edən Ukrayna Prezidenti Türkiyə ilə ortaq təyyarə istehsal ediləcəyini də qeyd edib: “Müdafiə sənayesi strateji tərəfdaşlığımızın hərəkətverici qüvvəsidir. Təyyarə istehsalındakı əməkdaşlığımızı da müzakirə etdik, sözügedən sahə hər iki ölkə üçün vacibdir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...