Belarus Ukraynanın reaksiyasını gülünc adlandırdı | Eurasia Diary - ednews.net

15 May, Şənbə


Belarus Ukraynanın reaksiyasını gülünc adlandırdı

Dünya A- A A+

Ukrayna Minsk razılaşmalarını yerinə yetirmək istəmir.

Eurasia Diary Konkret.az-a istinadən xəbər verir ki, bunu Belarus xarici işlər naziri Vladimir Makey Donbasla bağlı üçtərəfli təmas qrupundakı Ukrayna nümayəndə heyətinin rəhbəri Leonid Kravçukun Donbas danışıqlarını Minskdən Polşaya köçürmək barədə təklifinə reaksiya bildirərkən deyib.

“Bu bəyanat fonunda bəzi Ukrayna siyasətçiləri Minskdə əldə edilmiş razılaşmalara riayət etmək istəməməkdən bəhs edir. Bu görüşlərin harada keçirilməsinin fərqi yoxdur. Antarktidada olsa belə. Əsas odur ki, konkret bir nəticə əldə olunsun. Məhz bu danışıqlar nəticəsində Ukraynanın şərqindəki hərbi əməliyyatlar dayandırıldı”, – Makey qeyd edib.

Makey bildirib ki, Kravçukun təklifi gülüncdür və Polşanın bitərəfliyini şübhə altına qoyub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...