İranın Natanz Atom Elektrik Stansiyasında (AES) qəza baş veirb.
İran KİV-lərindən verilən məlumata görə, bu barədə İran Atom Enerji Təşkilatının sözçüsü Behruz Kəmalvəndi məlumat verib.
Onun sözlərinə görə, qəza AES-in elektrik şəbəkəsində baş verib və insan tələfatı və çirklənmə olmayıb.
Hazırda qəzanın səbəbləri araşdırılır.
Xatırladaq ki, dünən İran Natanzdakı yeraltı zavodda uranın 50 SWU zənginləşdirmə gücü ilə zənginləşdirilməsi üçün son nəsil R-9 sentrifuqalarının sınaqlarına başladığını elan etmişdi.