“Donbasa hücum etməyimiz mümkün deyil” - Ukrayna | Eurasia Diary - ednews.net

6 May, Cümə axşamı


“Donbasa hücum etməyimiz mümkün deyil” - Ukrayna

Dünya A- A A+

Ukrayna Donbasa hücum etmək niyyətində deyil.

Eurasia Diary Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin Vladimir Zelenskinin mətbuat katibi Yulia Mendel Dom TV kanalında bildirib.

"Həqiqət budur ki, Ukrayna sadəcə öz ərazilərinə hücum edə və xalqı ilə döyüşə bilməz", - deyə o izah edib.

Mendel qeyd edib ki, Kiyevdə yalnız danışıqların sülhə səbəb ola biləcəyinə qəti bir inam var. Mətbuat katibi Ukrayna tərəfinin "Normandiya formatında" danışıqlara can atdığını və mümkün olan bütün diplomatik vasitələrlə sülhə doğru getməyə davam etdiyini açıqlayıb.

Bundan əvvəl Zelenski təmas xəttini ziyarət etməsi nəticəsində Donbasda yeni atəşkəsə ehtiyac olduğunu bildirmişdi. O, həmçinin deyib ki, Ukraynanın NATO-ya üzv olması bölgədə barışığa aparan yeganə yoldur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...