Onlar yenə separatçıların yanında peyda oldu... - Fırıldağın yeni silsiləsi | Eurasia Diary - ednews.net

6 May, Cümə axşamı


Onlar yenə separatçıların yanında peyda oldu... - Fırıldağın yeni silsiləsi

Dünya A- A A+

Qarabağda 44 günlük müharibə zamanı erməni ordusunun tərəfində hərbi əməliyyatlar zonasında dolaşan və  hər gün Azərbaycana qarşı dezinformasiyalar yayan, “arsax müdafiə ordusunun şücaəti” barədə reportajlar yayan bədnam rusiyalı bloqer Semyon Peqov (“Tuzik”) bu dəfə Ukraynanın separatçı Donetsk bölgəsində peyda olub.

Ukrayna KİV-lərindən verilən məlumata görə, bu barədə Peqov özü aprelin 11-də özünün Telegram-kanalında yazıb.

"@wargonzo  (Peqovun Telegram-kanalı,-red.) şəhərdədir! Qaynar reportajlar, odlu insaydlar və alovlu cəbhə analitikasını gözləyin”,- təbliğatçı-diversant bildirir.

Ukrayna KİV-ləri qeyd edir ki, Peqov Azərbaycanla Ermənistan arasında ötən ilin payızında gedən müharibə zamanı Qarabağda “qeydə alınmışdı”. Azərbaycanda həmin vaxt ona cinayət işi qaldırmışdılar.

Hərbi-siyasi icmalçı Aleksandr Kovalenko özünün “Odessa kuryeri” internet-nəşrində qeyd edir ki, hazıra Donbassa Rusiyadan məhz “qanlı” adlandırıla biləcək jurnalistlər və hərbi müxbirlər daxil olur. “Onlar məhz qan axıdılacaq yerə dürtülürlər və münaqişənin eskalasiyasını gözləyirlər. Və məhz onlar hansısa qanlı insidentlər, yəni əvvəlcədən hazırlanmış təxribatlar haqda məlumatları yayan birinci mənbə olurlar”,- icmalçı bildirir.

Peqovdan bir gün əvvəl isə Rusiya müdafiə nazirinin şəxsi müxbiri kimi tanınan Dmitri Steşin Donbassda peyda olub. O, Donbassda baş verənləri “operativ işıqlandıracağını” bildirir. Steşin 2014-cü ildə Donbassda gedən hərbi əməliyyatlar zamanı separatçıların və rusiyalı muzdluların tərəfində reportajlar hazırlayıb, hətta əsir götürülən Ukrayna hərbçilərini şəxsən döyməsi və onları dindirməsi ilə tanınıb.

“Dmitri Steşinin işğal edilmiş Donbassa aprelin 10-na keçən gecə gəlişi Ukrayna cəmiyyətini narahat etməlidir. Kreml öz emissarlarını elə-belə göndərmir”,- Aleksandr Kovalenko qeyd edir.

O, hesab edir ki, Rusiya Donbassda irimiqyaslı əməliyyat hazırlaması yır və yeni ərazilər tutmağı planlaşdırması günü gündən daha aydın görünür.

Virtualaz.org

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...