"Levon Ter-Petrosyanın seçkilərdə iştirakı Paşinyanın tərəfdarlarını böləcək" Tofiq Zülfüqarov

Dünya 17:57 12.04.2021

Ermənistanın Baş naziri Nikol Paşinyan növbədənkənar seçkilər elan edəndən sonra bir çox keçmiş siyasətçi öz şansını sınamağa qərar verib. Rusiyaya meyli və Türkiyəyə nifrəti ilə tanınan Robert Koçaryanın qayıdışının ardından, əks qanadın nümayəndəsi, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da seçkilərdə iştirak edəcəyini bildirib.

Ermənistan Milli Konqresi Partiyasının rəhbəri Levon Ter-Petrosyan mayın 1-də qurultay çağıraraq partiyanın seçkilərdə iştirakı və başqa sualların cavabını açıqlayacaq. Onun addımı Ermənistan siyasi səhnəsində ciddi səs-küyə səbəb olub.

Qeyd edək ki, Nikol Paşinyan vaxtı ilə Levon Ter-Petrosyanın dəstkəçilərindən biri olub. İndi isə Ter-Petrosyan seçkilərdə iştirak etməklə ya müxalifətə qarşı Paşinyan lehinə balans yaradacaq, ya da baş nazirin elektoratını böləcək.

Eurasia Diary Levon Ter-Petrosyanın açıqlaması ilə bağlı Azərbaycanın keçmiş xarici işlər naziri və politoloq Tofiq Zülfüqarovun fikirlərini alıb.

Politoloq Ter-Petrosyanın qərarının Rusiyayönlü siyasətçilərin qayıdışını balanslaşdıran addım olduğunu söyləyib. O, bunu Ter-Petrosyanla Nikol Paşinyanın mövqeyi arasında olan yaxınlıqla izah edib.

 “Sonuncu sorğularda Paşinyanın dəstəyi təxminən 20 faiz ətrafında hesablanıb, radikal qanad olan “Sasna Tser”in dəstəyi isə 23-24%-dir. Levon Ter-Petrosyanın seçkilərə qoşulması Qərbyönlü düşərgəni gücləndirəcək. Onun mövqeyinə gəldikdə, Ter-Petrosyan daha çox Qərbyönlü siyasətçi kimi tanınır. Lakin eyni zamanda o, hakimiyyətdə olduğu dövrlərdə Rusiya ilə də çox yaxşı dil tapa bilmişdi. Nəzərə alaq ki, işğalların çoxu onun zamanında baş verib. “Miatsum” adlanan layihənin əsas oyunçularından biri olub. Bu baxımdan, onun Qərbyönlü mövqeyinə bu qədər də aldanmayaq. Bildiyiniz kimi, Ter-Petrosyan Suriyadan gələn ermənidir, onun ailəsi ümumiyyətlə Suriyanın Kommunist Partiyasına yaxın idi. Ter-Petrosyan yaşına görə də fəal olmayacaq, onun xəstəliyinin olduğunu da bildirmişdilər. Ermənistanın qarşısında əsas sual onların Qərbyönlü yoxsa əvvəlki kimi Rusiya mərkəzli olacağıdır”, deyə keçmiş diplomat bildirib.

Ermənistanda Qərblə əlaqələri dəstəkləyən əhalinin qarşısında artıq iki seçim yaranıb: Paşinyan və ya Ter-Petrosyan. Politoloq bu vəziyyətin elektoratı böləcəyi ehtimalının yüksək olduğunu hesab edir: “Amma Ter-Petrosyanın Paşinyana nisbətən neqativ elementləri azdır. Neqativ element dedikdə isə Paşinyanın müharibədə məğlubiyyəti, Qarabağı itirməsi və ona qarşı digər ittihamlar aiddir. Paşinyana qarşı bu elementlər onun dəstəyinin azalmasına gətirib çıxarıb. Azalmış hissəyə yeni seçim üçün bir siyasətçini də əlavə etsək, bu, onların bölünməsinə gətirib çıxarda bilər”.

2008-ci ildə prezident seçkilərində Serj Sarkisyanın əsas rəqibi Levon Ter-Petrosyan olub. Onun yanında əsas dəstəkçisi isə gənc Nikol idi. Həmin dövrlərdə yan-yana eyni mövqedə qərar tutan iki siyasətçinin indiki məqamda əks cinahlarda yer tutması da digər bir sualdır.

“Mən onların ziddiyyətləri çox olmasını istisna etmirəm. Qərbyönlü elektorat Paşinyanı Rusiya ilə əlaqələri kəsməməkdə və Rusiyanın orbitindən çıxmaq üçün lazımı iradə göstərməməkdə ittiham edib. Ancaq burada ziddiyyətli məqamların ola bilməsini hesab edirəm. Burada ən maraqlı sual Qərbin kimə dəstək verəcəyidir. Onların hər ikisinin Qərbin dəstəyini almaq istədikləri bəllidir. İkincisi də, onların məqsədləri Rusiya ilə də dil tapmaqdır ki, Moskva mane olmasın. Paşinyanın Moskvaya səfər etməsi və Rusiya ilə digər təmasları göstərir ki, Ermənistanın baş naziri Kremlə lazım gələndə onunla da işləməyin mümkün olduğunu bildirməyə çalışır. Ter-Petrosyanda isə vəziyyət fərqlidir. Son dövrlərdə o, özünü qəti Qərbpərəst kimi göstərib. Bu baxımdan mövqelərində nisbi fərq olsa da, onlar eyni elektoratı öz aralarında böləcəklər”, deyə Tofiq Zülfüqarov söyləyib.

Ülvi Əhmədli

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

“X”-in işində NASAZLIQ YARANIB
06:00 24.04.2024
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
05:00 24.04.2024
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
Hamısı