Həbsxana Navalnını dəyişdi - İslamofob siyasətçi Quran tələb etdi | Eurasia Diary - ednews.net

6 May, Cümə axşamı


Həbsxana Navalnını dəyişdi - İslamofob siyasətçi Quran tələb etdi

Dünya A- A A+
Müsəlmanlar haqqında nifrət dolu ifadələri ilə tanınan Aleksey Navalnı həbsxanada Quran öyrənmək arzusunu ifadə edib.
 
Eurasia Diary xəbər verir ki, bu barədə "Dojd" telekanalı məhkumun akkauntuna istinadla informasiya yayıb. 
 
Məlumata görə, türmə rəhbərliyi hazırda Navalnının şəxsi kitablarını ekstremizmlə bağlı yoxlayır. Yoxlama artıq üç aydır davam edir. Müxalif lider isə aralarında Quran kitabı da olduğu ədəbiyyatın geri verilməsinin sürətləndirməsini istəyib və əks halda koloniya rəhbərliyini məhkəməyə verməklə hədələyib. 
 
Navalnının sözlərinə görə, İslamı və müsəlmanları daha yaxşı anlamaq üçün Qurani-Kərimi oxumağa qərar verib. Bunu həm  də onun "bir xristian kimi inkişaf etməsi" tələb edir. 
 
Xatırladılır ki, Navalnı şəhadət simvolu və hicablı qadınlara nifrətdən başlayaraq Rusiyada islami mənəvi dəyərlərin dirçəlməsinin ən fəal olduğu Çeçenistan və Tatarıstan rəhbərliyinə hücumlara qədər hər bir müsəlmana düşmənçilik ifadə etməklə özünə qatı islamofob bir siyasətçi imici yaradıb. Rusiya müxalifət lideri eyni zamanda Moskvada məscidlərin tikilməsinə də qarşı çıxıb...

 

Moderator.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...