Britaniya səlahiyyətliləri bütün qoşunlarını Əfqanıstandan geri çəkmək niyyətindədir.
Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, bu barədə “Times” nəşri Britaniya hökumətindəki mənbələrinə istinadən yazıb.
Məlumata görə, Britaniya Əfqanıstanda 750 hərbi qulluqçu saxlayır. Nəşrin mənbəsi bildirib ki, Britaniyanın Amerika hərbçilərinin dəstəyi olmadan orada qalması çətinləşəcək.
Bildirilir ki, Britaniya Kabulda təlim bazalarının yerləşdiyi akademiyanı Əfqanıstan hökumətinin nəzarətinə verməyi planlaşdırır.
Xatırladaq ki, ABŞ sentyabrın 11-dək Əfqanıstandan qoşunların çıxarılnasına qərar verib.