Moskvada son 59 ilin ən isti temperaturu qeydə alınıb.
Eurasia Diary APA-ya istinadən xəbər verir ki, yerli vaxtla saat 15:00-da Rusiya paytaxtında havanın temperaturu 21,5 dərəcəyə yüksəlib.
“Fobos” hava mərkəzinin əməkdaşlı Yevgeni Tişkovetsin bildirdiyinə görə, bu rekord temperatur hesab olunur.
O vurğulayıb ki, sonuncu dəfə 1962-ci ilin aprel ayında meteoroloqlar 20,8 dərəcə temperatur qeydə alıblar.