Putin Baydenlə görüşə tələsmir - Kreml sərt üzünü göstərdi | Eurasia Diary - ednews.net

12 May, Çərşənbə


Putin Baydenlə görüşə tələsmir - Kreml sərt üzünü göstərdi

Dünya A- A A+

“Vladimir Putin və Co Bayden arasında görüş ən qısa zamanda təşkil edilə bilməz, bu məsələ hələ araşdırılma mərhələsindədir”.

Eurasia Diary-nin "İnterfax"a istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Qeyd edək ki, Baydenin rusiyalı həmkarına növbəti həftələrdə görüşməyi təklif etməsi barədə ABŞ dövlət katibi Entoni Blinken açıqlama verib.

Söhbətin ABŞ-ın təşəbbüsü ilə növbəti həftə keçirilməsi planlaşdırılan İqlim Sammiti çərçivəsində ikitərəfli görüşdən getməsi ilə bağlı sula cavabında Dmitri Peskov bildirib ki, ikitərəfli görüşü bu qədər sürətlə təşkil etmək mümkün deyil, bu məsələ hələ ki, araşdırma mərhələsindədir.

Kremlin sözçüsü onu da qeyd edib ki, Rusiya tərəfinin İqlim Sammitində iştirakı məsələsi də hələ müzakirə mərhələsindədir.

İştirakla bağlı qərarın ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib-etməyəcəyindən asılı olacağı ilə bağlı suala D. Peskov "Hər şey dövlət başçısının verəcəyi qərardan asılı olacaq" cavabını verib.

O, Vaşinqtonun yeni məhdudlaşdırıcı tədbirlərinin Putin-Baydenin görüşünün baş tutmasına yardım etməyəcəyini də bildirib: “Belə deyək ki, hazırda müzakirəsi gedən, mümkün sanksiyalar heç bir halda bu görüşün baş tutmasına yardımçı olmayacaq, bu, birmənalıdır”.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...