“İran bu gündən uranı 90 faiz zənginləşdirə bilər” - Ruhani | Eurasia Diary - ednews.net

12 May, Çərşənbə


“İran bu gündən uranı 90 faiz zənginləşdirə bilər” - Ruhani

Dünya A- A A+

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani hökumətin son 100 gündə hədəflərinin koronavirusu diz çökdürmək və embarqoları qırmaq olduğunu deyib.

Eurasia Diary İRNA xəbər verir ki,  o İran diplomatlarının Vyanadakı embarqoların ləğvi üçün səy göstərdiklərini bildirib.

Ruhaninin sözlərinə görə, Avropa və ABŞ-da İranın uranı 60 faiz zənginləşmədən birbaşa 90 faizə çatdıra biləcəyi və İranın atom silahlarına yolunu açılması ilə bağlı narahatlıqlar düzgün deyil.

O qeyd edib ki, İranın istəsəydi əvvəlcədən də uranı 60 faiz zənginləşdirməsi mümkün idi və bu gün də istəsə onu 90 faiz zənginləşdirə bilər.

Ruhani İranın sözünə sadiq olduğunu və nüvə silahı yaratmağa çalışmadığını vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...