Zelenski ukraynalıları Türkiyə turizmini dəstəkləməyə çağırdı - Rusiyaya sətiraltı mesaj | Eurasia Diary - ednews.net

12 May, Çərşənbə


Zelenski ukraynalıları Türkiyə turizmini dəstəkləməyə çağırdı - Rusiyaya sətiraltı mesaj

Dünya A- A A+

Ukrayna Prezidenti Valdimir Zelenski Türkiyə ilə əlaqədar bəzi açıqlamalar verib. O ukraynalı turistlərin Türkiyəyə səfərlərinin artırılmasının vacibliyini bildirib. Türkiyəyə 10 apreldə baş tutan ziyarəti yüksək qiymətləndirən Zelenski mühüm razılaşmaların imzalandığını qeyd edib.

Eurasia Diary Virtualaz.org-a istinadən xəbər verir ki, Prezident Rusiyanın Türkiyəyə uçuşlardakı məhdudiyyətlərini qiymətləndirərək, Ukrayna vətəndaşlarını tətilə Türkiyəyə getməyə çağırıb.

“Rusiya Federasiyası Türkiyəyə turizmi məhdudlaşdıracağını bildirib. Bu, onların şəxsi işidir. Hesab edirəm ki, biz isə, əksinə, bu istiqamətdə turizmi inkişaf etdirməliyik və Türkiyəni dəstəklədiyimizi göstərməliyik”, - deyə Zelenski Ukrayna ilə Türkiyə arasında turist axınının artırıla biləcəyini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...