Rusiya azərbaycanlıları ölkədən çıxarır - Son möhlət verildi | Eurasia Diary - ednews.net

14 May, Cümə


Rusiya azərbaycanlıları ölkədən çıxarır - Son möhlət verildi

Dünya A- A A+

MDB ölkələri Rusiyada qeyri-qanuni yaşayan vətəndaşlarını iyunun 15-dək götürməlidirlər, əks təqdirdə Moskva sərhədlərin bağlanmasına qədər tədbirlər görəcək.

“İnterfaks” agentliyindən verilən məlumata görə, bunu Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy deyib.

"Həmkarlarım, sizə müraciət etmək istərdim. Bu gün mənim ölkəmin ərazisində vətəndaşlarınız olan və qanunsuz yaşayan çox sayda insanlar var. Əgər biz sizinlə bu problemi iyunun 15-nə qədər aradan qaldırmasaq, Prezidentin fərmanında nəzərdə tutulduğu kimi, həmin insanlar ölkədən çıxarılmağa və sərhədlərin bağlanmasına qədər sərt cəzaya məruz qalacaqlar", - deyə A.Qorovoy MDB-yə üzv Dövlətlərin Parlamentlərarası Assambleyasının plenar iclasında deyib.

Nazir müavini bu problemlə KİV-in və "yerli dövlətlərin bloqerləri"nin köməyi ilə məşğul olmağı tövsiyə edib. "Miqrasiya rejimlərinin pozulmasına görə dövlətlərinizin vətəndaşlarına heç bir hüquq - mühafizə təcrübəsi tətbiq olunmayacaq", - deyə Qorovoy bildirib.

Xatırladaq ki, pandemiyaya görə, miqrantların bir hissəsi Rusiyadan çıxmağa macal tapsa da, sərhədlərin bağlanması səbəbindən geri qayıda bilməyib, bir hissəsi isə evə getmək imkanı olmadan qalıb. Prezidentin fərmanları ilə qalan əcnəbilərin Rusiyada qalmaq və ya yaşamaq hüququ, qeydiyyatı və hüquqi vəziyyətinin tənzimlənməsi müddəti 15 iyun 2021-ci ilə qədər uzadılıb.

Virtualaz.org

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...