ABŞ-da bir gündə ikinci atışma - İki mülki şəxs öldü | Eurasia Diary - ednews.net

18 May, Çərşənbə axşamı


ABŞ-da bir gündə ikinci atışma - İki mülki şəxs öldü

Dünya A- A A+

ABŞ-ın Texas ştatının San-Antonio şəhərində baş verən silahlı atışma zamanı bir polis əməkdaşı yaralanıb, iki mülki şəxs ölüb.

Eurasia Diary TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. 

Polis əməkdaşı avtomobili yoxlamaq üçün saxlayıb. Bu zaman avtomobildəki şəxslərdən biri polisə atəş açıb. Polis cavab atəşi nəticəsində avtomobilin sürücüsü və sərnişinlərdən biri ölüb.

Hadisə zamanı, həmçinin, bir polis və digər sərnişin yaralanıb. Hər ikisi xəstəxanaya yerləşdirilib.

Sürücünün hansı səbəbdən polisə atəş açması bildirilməyib.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...