Bayden generalların tövsiyəsinə məhəl qoymadı | Eurasia Diary - ednews.net

14 May, Cümə


Bayden generalların tövsiyəsinə məhəl qoymadı

Dünya A- A A+

ABŞ Prezidenti Cozef Bayden amerikalı generalların Əfqanıstandan qoşunların çıxarılması ilə bağlı tövsiyələrinə məhəl qoymayıb.

Eurasia Diary Azvision.az-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Nəşrin mənbələri bildirir ki, yüksək hərbi komandanlıq ABŞ qoşunlarının geri çəkilməsinin ölkədəki təhlükəsizliyi poza biləcəyindən qorxur. Xüsusilə ABŞ Baş Qərargah rəisi general Mark Milley, ABŞ Silahlı Qüvvələrin Mərkəzi Komandanlığının başçısı Kennet Makkenzi, Əfqanıstandakı ABŞ və NATO qüvvələrinin komandanı general-leytenant Skott Miller qoşunların Əfqanıstanda qalmasının tərəfdarıdır.

Mənbələrə görə, Bayden hərbçiləri dinləsə də, bunun əksinə qərar verib.

Qeyd edək ki, Cozef Bayden ABŞ qoşunlarının 1 may-11 sentyabr tarixlərində Əfqanıstandan çıxarılmasını təsdiqləyib. Oxşar qərar NATO ölkələri və Böyük Britaniya tərəfindən də verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...