“Rusiyaya qarşı informasiya müharibəsinin arxasında Vaşinqton dayanır” - Zaxarova | Eurasia Diary - ednews.net

14 May, Cümə


“Rusiyaya qarşı informasiya müharibəsinin arxasında Vaşinqton dayanır” - Zaxarova

Dünya A- A A+

“Rusiyaya qarşı informasiya müharibəsinin arxasında Vaşinqton dayanır. Bütün bunlar Qərb ölkələrində yığılıb qalan problemlərdən yayınmaq üçün edilir”.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya 1” telekanalında yayımlanan “60 minut” verilişində bildirib.

"O ki qaldı Çexiyaya, Avropa Birliyi ölkələrində və ümumiyyətlə Qərbdə problemlərin olduqca çox olduğunu yaxşı başa düşmək lazımdır. Bu problemlərin üstünü örtmək üçün təcili hansısa informasiya-siyasi xarakterli tədbirlərin görülməsi lazımdır. Rusiya - həmin bu kimi hallarda dövriyyəyə buraxılmış, sınanmış bir alətdir. Əlbəttə, bunların arxasında sözsüz ki, ABŞ dayanır. NATO-da hər kəs üzərində rəhbərlik edən ölkə, bu qərb “meynstrim”inin tonunu təyin edə ölkə...”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb. 

Qeyd edək ki, Çexiyanın Baş naziri Andrey Babiş aprelin 17-də bəyan edib ki, 2014-cü ildə Vrbetitsada hərbi anbarda partlayış baş verməsində Rusiya xüsusi xidmət orqanlarının əli olmasından şübhələnirlər. Baş nazirin birinci müavini, xarici işlər naziri Yan Hamaçek idə bildirib ki, 18 rusiyalı diplomat 48 saat ərzində ölkədən çıxarılacaq.

Rusiya buna cavab olaraq aprelin 18-də Çexiyanın 20 diplomatının ölkəni tərk etməsi üçün 48 saat vaxt verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...