Ermənistanda hərbi xidmətin yaş həddi artırıldı | Eurasia Diary - ednews.net

18 May, Çərşənbə axşamı


Ermənistanda hərbi xidmətin yaş həddi artırıldı

Dünya A- A A+

Ermənistan ordusunda müqavilə əsasında xidmət edən hərbi qulluqçular 63 yaşa qədər ordu sıralarında qala biləcək. 

“Sputnik Ermənistan”ın məlumatına görə, ölkə parlamentində “Hərbi xidmət və hərbi qulluqçunun statusu” qanun layihəsində bəzi dəyişikliklər qəbul edilib. Müvafiq dəyişikliklərdə hərbçilərin yaş həddi orta hesabla beş il artırılıb.

Beləliklə, sıravi hərbçilər və gizirlərin orduda xidmət üçün son yaş həddi 55-ə, aşağı rütbəli zabit heyəti üçün 57-ə, mayor və polkovnik-leytenantlar üçün 60-a, polkovnik və yüksək rütbəli zabitlər üçün isə 63-ə qədər artırılıb.

Virtualaz.org

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...