ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı təlim çərçivəsində onlarla qırıcı təyyarələrini Polşaya gönədərib.
TASS-dan verilən məlumata görə, bu barədə ölkənin müdafiə naziri Mariuş Blaşak “Twitter”də açıqlama verib.
“Bu gün bir neçə ABŞ F-15 və F-16 təyyarələri Polşaya gətirilib. ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı, xüsusi olaraq Polşa hava limanlarından istifadə etməklə hərbi hava qüvvələrinin sürətli olaraq Avropada yerləşdirilməsini həyata keçirir”, - deyə nazir yazıb.
Onun sözlərinə görə, birgə təlimlər Mərkəzi və Şərqi Avropa bölgələrinin təhlükəsizliyini gücləndirəcək.