Britaniya Müdafiə Nazirliyi Qara dənizə girəcək döyüş gəmilərinin növlərini açıqlayıb.
Əvvəlcə bunların Kral Hərbi Dəniz Qüvvələrinin bir freqatı və bir esminesi olacağı bildirilmişdi. İdi isə məlumat təsdiqlənib ki, Qara dəniz sularına Britaniya 7.5 min ton sututumuna malik "Type 45" esminesi və təxminən 5 min ton sututumuna malik "Tip 28" freqatını göndərəcək.
Bu tip freqatları Amerikanın "Harpoon" gəmi əleyhinə raketləri və ingilis istehsalı "Sea Wolf" zenit raket sistemləri ilə silahlanır.
Müasir Type 45" esminesləri isə maksimum 80 km məsafədə aerodinamik hədəfi məhv edən PAAMS hava hücumundan müdafiə sisteminiə və 2 Max sürətli gəmi əleyhinə raketlərini məhv etmək üçün istifadə olunan "Phalanx CIWS" gəmi zenit artilleriya sisteminə malikdir.
İngiltərə mətbuatında ölkənin hərbi komandanlığına istinad edərək,
Aralıq dənizindəki "Kraliça Yelizaveta" aviadaşıyıcısındakı F-35 stels döyüş təyyarələri hər an Qara dənizdəki Kral HDQ-sinin gəmilərinə dəstək verməyə hazır olduğu bildirilir.
Qeyd etmək lazımdır ki, Britaniya NDQ-sinin aviadaşıyıcısı həqiqətən Aralıq dənizindədir. Onu daha əvvəl "Çin Hərbi Dəniz Qüvvələrini çəkindirmək üçün" Sakit Okeana göndərmişdilər.