ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiyanın dövlət başçısı Vladimir Putinlə arasında qarşılıqlı rəğbət olduğunu bildirib.
Eurasia Diary Azvision.az-a istinadən xəbər verir ki, bu barədə sabiq prezident “Fox News”a müsahibəsində deyib.
"Prezident Putinlə yaxşı yola gedirdim, mən onu bəyəndim, o da məni bəyəndi".
Tramp bunun pis deyil, yaxşı olduğunu əlavə edib.
Qeyd edək ki, Moskva ilə Vaşinqton arasındakı münasibətlər 2016-cı ilin sonunda Tramp prezident seçildikdən sonra kəskinləşmişdi. O zaman respublikaçıların əleyhdarları Moskvanın ABŞ-dakı seçki proseslərinə mümkün müdaxiləsi ilə bağlı ittihamlar irəli sürmüşdülər.