İsveç dövləti olaraq SDQ (YPG/PKK) ilə uzun müddət əməkdaşlıq etməyə və köməklik göstərməyə hazırıq.
Eurasia Diary Sozcu.az xəbər verir ki, bunu İsveç müdafiə naziri Peter Hultqvist Suriya Demokratik Qüvvələrinin (SDQ) komandiri Fərhad Abdi Şahinlə videokonfrans vasitəsilə keçirdiyi görüşdə deyib.
O bildirib ki, yeni həbsxanaların inşası və məhbuslarla bağlı həll yolu tapılmalıdır:
“Şəxsən mən yeni və inkişaf etmiş həbsxana mərkəzləri inşa etmək, eyni zamanda, köhnə həbsxanalardakı şəraitin yaxşılaşdırılması üzərində işləyirəm. Bu məsələni hökumətim və müttəfiqlərimlə müzakirə edəcəyəm”.
Nazir bildirib ki, YPG/PKK-ya bağlı “muxtar rəhbərliyi” dəstəkləmək üçün Suriyanın şimal-şərq bölgələrinə xüsusi nümayəndənin göndərilməsi məsələsini İsveç kökuməti ilə danışacaq.
Qeyd edək ki, Türkiyə mətbuatı YPG/PKK terror təşkilatı ilə SDQ-ni eyniləşdirir.