İkinci Qarabağ müharibəsindən yarım il sonra Ermənistanda qalmaqallı cinayət işləri yoxdur. Müharibədən bir neçə gün sonra müdafiə sahəsində əsas kadr dəyişiklikləri baş verib.
Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, erməni vəkil Aleksandr Sirunyan Ermənistanın keçmiş Müdafiə naziri Davit Tonoyanla bağlı səssizliyi anlaşılmaz hesab edib.
“Əsgərin qida qaydası özbaşına şəkildə dəyişdirilib, əsgərimizə üç ildir çiyələk verirlər. Niyə? Havada asılmış xəbərlərə görə, çiyələk plantasiyaları Davit Tonoyana məxsudur” - deyə erməni vəkil qeyd edib.
O bildirib ki, keçmiş erməni nazir bir çox suallara cavab verməlidir.