Zelenski ehtiyatda olan hərbi qulluqçuları xidmətə çağırır - Səfərbərlik elan olunmadan | Eurasia Diary - ednews.net

8 May, Şənbə


Zelenski ehtiyatda olan hərbi qulluqçuları xidmətə çağırır - Səfərbərlik elan olunmadan

Dünya A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski səfərbərlik elan etmədən ehtiyatda olanların hərbi xidmətə çağırılması haqqında qanunu imzalayıb.

Ukraynanın yerli KİV-lərində yayılan xəbərə görə, bu barədə Ukrayna Prezident Adminstrasiyasından məlumat veriblər..

Qeyd edək ki, bu qanun layihəsini Ukrayna Ali Radası 2021-ci il martın 30-da qəbul edib.

Qanun layihəsinin təşəbbüsçüsü Prezidentdir. Prezident Adminstrasiyasından qanunu belə şərh ediblər: “Bu sənəd Ukrayna Silahlı Qüvvələrinin və digər hərbi birləşmələrin xüsusi dövrlərdə səfərbərlik elan etmədən ehtiyatda olan (döyüş təcrübəsi olan hərbi təlim keçmiş) şəxslərlə komplektləşdirilməsi üzrə tələbləri təkmilləşdirir”.

Qanuna əsasən, xüsusi hallarda çağrışdan yayınanlar cinayət məsuliyyətinə cəlb ediləcəklər.

Virtualaz.org

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...