Yunanıstan və Səudiyyə “Patriot” HHM sistemləri ilə bağlı müqavilə imzalayıb | Eurasia Diary - ednews.net

8 May, Şənbə


Yunanıstan və Səudiyyə “Patriot” HHM sistemləri ilə bağlı müqavilə imzalayıb

Dünya A- A A+

Yunanistan Xarici İşlər naziri Nikos Dendias və Müdafiə naziri Nikos Panaqiotopolos Riyadda Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Feysəl bin Fərheyn ilə görüşüb.

Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, bu barədə Yunanistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı tərəflər arasında Yunanistanın “Patriot” HHM sistemlərinin Səudiyyə Ərəbistanına icarəyə verilməsi barədə müqavilə imzalanıb.

Məlumata görə, ABŞ istehsalı olan “Patriot” sistemi krallıqdakı kritik enerji obyektlərini qorumaq üçün istifadə ediləcək.

Səudiyyə Ərəbistanı bir müddətdir Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus MIM-104 “Patriot” HHM sistemlərini icarəyə götürməyə çalışır. Müqaviləyə əsasən, Səudiyyə Ərəbistanı kirayəyə götürülən sistemin nəqliyyat, təmir və yeniləmə xərclərini qarşılamağı öz üzərinə götürəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...