Gah burada, gah da orada heç bir səbəb olmadan Rusiyaya yapışırlar.
Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bəzi Qərb ölkələrinin Rusiyaya qarşı addımlarını şərh edərkən deyib.
“Biz real həyatda nə olduğunu görürük. Mən artıq demişəm ki, gah burada, gaha da orada heç bir səbəb olmadan Rusiyaya yapışırlar. Əlbəttə, onların ətrafında dərhal Şirxanın ətrafındakı kimi hər cür kiçik Tabaki (çaqqal) fırlanır. Hər şey Kiplinqdəki kimidir. Ağlayıb-sızlayırlar ki, öz suverenini (burda “öz ağası” mənasında işlədilir – red.) razı salsınlar”, – deyə o bildirib.
Qeyd edək ki, son günlər Şərqi Avropanın bir sıra ölkələrindən Rusiya diplomatlarının qovulması Kremli özündən çıxarıb.