ÜST "Sputnik-V" peyvəndi ilə bağlı araşdırma başladıb | Eurasia Diary - ednews.net

6 May, Cümə axşamı


ÜST "Sputnik-V" peyvəndi ilə bağlı araşdırma başladıb

Dünya A- A A+

Ümumdünya Səhiyyə Təşkilatı və Avropa Dərman Agentliyi Rusiyanın COVID-19 əleyhinə hazırladığı “Sputnik-V” peyvəndinin istehsal olunduğu laboratoriyada may və iyun aylarında araşdırma aparacaq.

Xarici KİV-lərdən verilən məlumata görə, hər iki təşkilat mütəmadi olaraq peyvəndin istehsal mərkəzi “Qamaleya” ilə əlaqə saxlayır.

Rusiya Xarici İşlər Nazirliyinin köməkçisi Sergey Verşin ÜST rəhbəri Tedros Adanom Qebreyesus ilə görüşdən sonra açıqlama verib. Açıqlamada bildirilib ki, ÜST və Avropa Dərman Agentliyinin laboratoriyada yoxlanışı davam etdiyi həftələrdə peyvənd ÜST tərəfindən təsdiqlənə bilər.

Qeyd edək ki, “Sputnik-V” dünyada ilk rəsmi qeydiyyatdan keçmiş koronavirus peyvəndidir. Bu günə kimi peyvəndin istifadəsi 60 ölkədə təsdiqlənib.

Yeniavaz.com

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...