“Praqa Moskva ilə düzgün münasibətlərdə maraqlıdır” - Çexiya Baş naziri | Eurasia Diary - ednews.net

8 May, Şənbə


“Praqa Moskva ilə düzgün münasibətlərdə maraqlıdır” - Çexiya Baş naziri

Dünya A- A A+

Çexiyanın, Rusiya ilə düzgün münasibətlərdə maraqlı olduğunu söyləyən baş nazir Andrey Babis, ikitərəfli münasibətləri məhv etməkdə Moskvanı günahlandırıb, ittiham edib. 

Eurasia Diary SİA-ya istinadən xəbər verir ki, baş nazir ittihamlarını regional qəzet olan “Deník” qəzetinə verdiyi müsahibəsində səsləndirib.

"Rusiyanın vəziyyəti düzəltmək imkanı var idi, lakin bundan istifadə etmirdi. Moskva indi donma nöqtəsində olan qarşılıqlı münasibətlərimizi məhv edib. Çexiya bir suveren dövlətin digər suveren dövlət olaraq Rusiya ilə düzgün münasibətlərində maraqlıdır", deyə Babiş bildirib.

Çexiya ilə həmrəylik əlaməti olaraq Çexiyadakı NATO və AB-dəki müttəfiqlərinin rus diplomatlarını ölkədən çıxarmaları müraciəti barədə suala, Babiş, bunu etməyə çağıracağını deyib.

"Avropa Şurasının növbəti iclasında tərəfdaşlarımızı bu işə başlamağa çağıracağam", deyə Çex baş nazir təsdiq edib.

Xatırladaq ki, 17 aprel tarixində Çexiya səlahiyyətlilərinin Rusiya xüsusi xidmət orqanlarının 2014-cü ildə Vrbetitsadaki bir sursat anbarında baş verən partlayışda şübhəli olduğunu açıqlayıb. Kreml bu ittihamları həddən artıq və əsassız, Rusiya Xarici İşlər Nazirliyi isə "parad" adlandırıb. Buna baxmayaraq, 18 rus diplomatı Çexiyadan qovulub. Rusiya da adekvat olaraq Çex səfirliyinin 20 işçisini “persona non qrata” elan edib və onlar artıq ölkəni tərk ediblər.

Onu da diqqətyə çatdıraq ki, çərşənbə günü Çexiya Xarici İşlər Nazirliyinin başçısı Jakub Kulqanek, Rusiyadan qovulmuş Çex diplomatlarını Moskvaya qaytarmasını tələb edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova, buna cavab olaraq, Praqanın NATO daxilində ünsiyyət üçün ultimatum buraxmasını təklif edib və "belə bir tonun Rusiya ilə qəbuledilməz olduğunu" bəyan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...