“Bayden Putinlə görüşdə Ukrayna ətrafındakı vəziyyəti də müzakirə etmək niyyətindədir” - Ceyk Sallivan | Eurasia Diary - ednews.net

22 İyun, Çərşənbə axşamı


“Bayden Putinlə görüşdə Ukrayna ətrafındakı vəziyyəti də müzakirə etmək niyyətindədir” - Ceyk Sallivan

Dünya A- A A+

“ABŞ Prezidenti Coe Bayden qarşıdakı görüşdə Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna ətrafındakı vəziyyəti də müzakirə etmək niyyətindədir”.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan “MSNBC” telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, Bayden Rusiya ilə sabit münasibətlərə ümid bəsləyir, bununla əlaqədar bu yay üçüncü bir ölkədə zirvə görüşü keçirməsini istəyir. 

Sallivan qeyd edib ki, bu görüşdə Ukraynanın suverenliyi və ərazi bütövlüyü daxil olmaqla, Rusiya-ABŞ münasibətlərindəki bütün məsələləri müzakirə ediləcək: “Baydenin baxışı budur ki, ABŞ digər tərəfdaşları ilə birlikdə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qorumaqda qətiyyətlə israr edəcək”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...