Bill Qeyts 27 illik həyat yoldaşı ilə boşanır | Eurasia Diary - ednews.net

19 İyun, Şənbə


Bill Qeyts 27 illik həyat yoldaşı ilə boşanır

Dünya A- A A+

Məşhur “Microsoft” şirkətinin təsisçisi, dünyanın ən varlı şəxslərindən biri sayılan Bill Qeyts və həyat yoldaşı Melinda Qeyts boşanmaq qərarına gəliblər.

Bu barədə məlumatı Qeyts özünün “Twitter” hesabında paylaşıb.

Cütlüyün adından yayımlanan birgə bəyanatda onların ikitərəfli razılıq əsasında boşanmaq qərarına gəldikləri bildirilib.  

Qeyd olunub ki, Bill və Melinda 27 illik ailə həyatına son qoymağa razılaşıblar.

Xatırladaq ki, cütlüyün üç övladı var.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...