Fransada “Müqəddəs Peter və Paul” kilsəsində yanğın olub - FOTOLAR | Eurasia Diary - ednews.net

19 İyun, Şənbə


Fransada “Müqəddəs Peter və Paul” kilsəsində yanğın olub - FOTOLAR

Dünya A- A A+

Fransanın Lill şəhərində “Müqəddəs Peter və Paul” kilsəsində yanğın baş verib.

TASS-dan verilən məlumata görə, bu barədə ölkənin Daxili İşlər naziri Gerald Darmanen “Twitter” səhifəsində yazıb. 

Nazir qeyd edib ki, yanğının səbəbini müəyyənləşdirmək üçün istintaq başlanacaq.

Yerli mətbuatda dərc olunan xəbərə görə, Lillin Vazem rayonunda qeydə alınan yanğın yanğısöndürənlər tərəfindən bir neçə saat ərzində söndürülüb.  

Kilsənin dam örtüklərinin yanmış hissələrinin qoparaq töküldüyü bildirilib.

1

1

1

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...