ABŞ sabah Minuteman III qitələrarası ballistik raketini sınaqdan keçirəcək.
Eurasia Diary Unikal.org-a istinadən xəbər verir ki, sınaq Kaliforniya ştatının Vandenberq aviabazasında baş tutacaq. Sınağın məqsədinin raketin effektivliyi, hazırlığı və dəqiqliyinin qiymətləndirilməsi olduğu bildirilib.
Qeyd edək ki, Minuteman III raketi 1970-ci ildən ABŞ ordusunun arsenalındadır. ABŞ hərbi elitası bu raketlərin təcili dəyişdirilməsinə ehtiyac olduğunu bildirirlər.