“İyun ayında Avropaya səfərim çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə şəxsi görüşümü səbirsizliklə gözləyirəm”.
Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Ondan rusiyalı həmkarına bu barədə təklif edib-etmədiyini soruşduqda ABŞ lideri bildirib ki, “bu, mənim ümidim və gözləntimdir. Bunun üzərində işləyirik”.
Qeyd edək ki, Bayden iyun ayında NATO və “G-7”nin zirvə görüşündə iştirak etmək üçün Avropaya səfər edəcək.