Ərdoğan və Səudiyyə kralı arasında telefon danışığı olub | Eurasia Diary - ednews.net

25 İyun, Cümə


Ərdoğan və Səudiyyə kralı arasında telefon danışığı olub

Dünya A- A A+

Türkiyə Prezidenti Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz arasında telefon danışığı olub. Liderlər ikitərəfli əlaqələri müzakirə edilblər. Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat verib.

Eurasia Diary Reuters-ə istinadən xəbər verir ki, bu iki ölkə liderlərinin son bir ay ərzində ikinci telefon görüşməsidir.

Türkiyə, 2018-ci ildə İstanbulda jurnalist Camal Qaşıqçının öldürülməsi ilə başlanan gərginlikdən sonra Körfəz Ərəb dövləti ilə əlaqələrini yaxşılaşdırmağa çalışır.

Keçən il Səudiyyəli iş adamları, türk mallarının qeyri-rəsmi boykotunu dəstəkləyərək ticarətin dəyərini 98% azaldıblar.

Ərdoğanın sözçüsü İbrahim Kalın keçən ay Reuters-ə verdiyi açıqlamada Ərdoğan və Kral Salmanın aprel ayında "müsbət çağırış" etdiklərini və iki ölkənin xarici işlər nazirlərinin görüşməyə razı olduqlarını bildirmişdi.

Çərşənbə axşamı baş tutan danışıq, Qahirədə Türkiyə və Misir səlahiyyətliləri arasındakı görüşdən bir gün əvvəl baş verib və bu, Türkiyənin ABŞ-la müttəfiq olan digər bir ərəb dövləti ilə münasibətləri düzəltmək üçün atdığı son addımdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...