Türkiyə tanklar üçün yeni sistemi sınaqdan keçirdi - VİDEO | Eurasia Diary - ednews.net

16 İyun, Çərşənbə


Türkiyə tanklar üçün yeni sistemi sınaqdan keçirdi - VİDEO

Dünya A- A A+

“Türkiyə öz hərbi texnikasının istehsalı üçün komponentlər və texnologiya tədarükündə xarici asılılıqdan qurtulmaq səylərini davam etdirir”.

Bu barədə Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir bildirib. 

Belə ki, Türkiyə tanklar üçün atəşin idarəetmə sistemini yaradıb və artıq sözügedən sistemin testlərinə başlanılıb. VOLKAN-M adlı sistem Türkiyənin “Aselsan” şirkəti tərəfindən hazırlanıb və M60TM tanklarında sınaqdan keçirilir.

Hazırkı dövrə qədər sistem bir neçə atəş rejimində istifadə olunub, sınaqlar davam edir. VOLKAN-M-in testlərinin bu ilin sonuna qədər başa çatması planlaşdırılır. Bundan sonra sistem T60TM, həmçinin “Leopard II A4” tanklarında quraşdırılacaq.

Virtualaz.org

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...