Erməni generallarla PKK arasında danışıqlar Terrorçular “OSA” zenit-raket kompleksləri istəyir

Dünya 18:25 05.05.2021

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında bir-birinin ardınca həyata keçirdiyi əməliyyatlar nəticəsində ciddi itkilər verən və fəaliyyət qabiliyyəti kəskin zəifləyən PKK terror təşkilatı Ermənistandan “OSA”  zenit-raket kompleksləri almaq üçün danışıqlar aparır.

Eurasia Diary Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə “Türkiye” qəzeti yazır. Qəzet danışıqların sensasion təfərrüatlarını da çatdırır.

Türkiyə ordusu Hərbi Hava Qüvvələrini, o cümlədən hücum vertolyotlarının və “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrini, xüsusi təyinatlı qüvvələri də cəlb etməklə İraqın şimalında son bir neçə ayda PKK-ya qarşı dalbadal xüsusi əməliyyatlar (“Pençe Kaplan”, “Pençe-Şimşek” və “Pençe-Yıldırım” kod adı altında) həyata keçirir. Bu əməliyyatlar zamanı PKK-nın İraqın şimalındakı yüksək dağlıq ərazilərdə mövcud olan sığınacaqları, silah-sursat anbarları, çoxsaylı yaraqlıları məhv edilib.

Hulusi Akar "Pençe-Kartal" əməliyyatı zonasında

Bildirilir ki, Türkiyə ordusunun xüsusən havadan endirdiyi dəqiq zərbələr qarşısında çətin günlər keçirən PKK pilotsuz təyyarələrə, qırıcılara və vertolyotlara qarşı hava hücumundan müdafiə sistemləri axtarmağa başlayıb. PKK-nın bu məqsədlə müraciət etdiyi ilk ölkə Ermənistan olub. Habelə Liviyada qiyamçı feldmarşal Xəlifə Haftarla da danışıqlar başlayıb.

Qəzetin yazdığına görə, PKK-nın zenit-raket kompleksləri əldə etmək üçün Ermənistanla təmas qurmasında və danışıqların aparılmasında İran kəşfiyyatı xüsusi rol oynayıb. Qəzet İraq və Türkiyə təhlükəsizlik çevrələrindən əldə etdiyi mötəbər məlumatlara istinad edərək yazır ki, PKK ilə Ermənistan arasında aparılan danışıqlarda İranın dəstək verdiyi, İraqda fəaliyyət göstərən “Haşdi Sabi” şiə yaraqlı qruplaşmasının rəhbərliyindən bəzi şəxslər də yer alıb. PKK tərəfdən danışıqlara Tunceli vilayətində anadan olan və erməni əsilli Bese Hozatın və Nuriye Kesbirin rəhbərlik etdiyi heyət göndərilib.

Danışıqları Bese Hozat aparır...

Erməni tərəfdən isə danışıqlarda Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan Azərbaycan ərazilərində mövcudluğunu saxlamış qondarma “dqr”in “təhlükəsizlik şurasının katibi”, Xocalı qətliamını törədənlərdən biri, general Vitali Balasanyan, keçmiş “dqr müdafiə naziri”, 44 günlük müharibə zamanı Azərbaycan ordusunun “Bayraktar”la zərbə endirdiyi, ağır yaralanıb möcüzə sayəsində sağ qalan general, hazırda Ermənistan Müdafiə Nazirliyinin hərbi müfəttişliyinin rəhbəri olan Calal Arutyunyan, digər keçmiş “dqr müdafiə naziri”, general Samvel Babayan iştirak ediblər.

44 günlük müharibə zamanı "Bayraktar"la vurulan, amma ağır yaralansa da sağ qalan Calal Arutyunyan indi PKK-ya "OSA" satmaq üçün müzakirələr aparır...

PKK heyəti ermənilərdən İraqın şimalındakı Qəndil dağları da daxil olmaqla azı 5 nöqtədə yerləşdirmək üçün Rusiyanın istehsalı olan 9K33 “OSA” zenit-raket kompleksləri istəyiblər. PKK-çıları bu kompleksləri və digər silahları Ermənistandan “Haşdi Şabi” qruplaşmasının yardımı ilə İraqa çatdırmağı planlaşdırır.

Qeyd edək ki, 44 günlük Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun çoxsaylı “OSA” zenit-raket kompleksləri məhz “Bayraktar”lar və Azərbaycan ordusunun silahlanmasında yer alan kamikadze-dronlar tərəfindən məhv edilib. Bu zenit-raket kompleksləri pilotsuz təyyarələrə qarşı çox aşağı effektivlik nümayiş etdirib.

Bildirilir ki, danışıqlarda erməni tərəfi bu cür fəaliyyətlərin Rusiyadan icazəsiz həyata keçirilməsinin mümkün olmadığını bildirib. PKK-çılara “Əvvəlcə Moskvanı razı salın” deyilib. Amma erməni tərəfi bəzi digər silah-sursatın PKK-çılara verilməsinə dair öhdəlik götürüb.

İranın maliyyələşdirdiyi "Şahdi Şabi" PKK-Ermənistan danışıqlarında vasitəçidir

Qəzet PKK ilə Ermənistan hərbi nümayəndələri arasında bu danışıqların ardınca İraq Müdafiə Nazirliyindən 8 nəfərlik nümayəndə heyətinin Yerevana səfər etdiyinə diqqəti cəlb edir. Məlumata görə, bu danışıqlar zamanı Qarabağ müharibəsinin təcrübəsi, “Bayraktar”ların və Türkiyə ordusunun müharibə taktikasının tətbiqi ətrafında müzakirələr aparılıb.

Nəşrin əldə etdiyi məlumata görə, PKK-nın Ermənistanla danışıqları Türkiyə ordusunun mart ayında İraqın şimalındakı Gara dağlarında həyata keçirdiyi əməliyyatın ardınca başlayıb.

PKK-çılar isə hava hücumundan müdafiə sistemləri əldə etmək üçün Ermənistanla yanaşı Liviyada qiyamçı feldmarşal Xəlifə Haftarla da təmas qurublar. Bu təmaslar Birləşmiş Ərəb Əmirliklərinin xarici siyasət üzrə dövlət müşaviri, “Yaxın Şərqin qara qutusu” kimi tanınan Enver Gargasın vasitəçiliyi ilə başlayıb. PKK tərəfdən danışıqlara təşkilatın Suriya qolunun rəhbərliyində yer alan Elder Halil göndərilib, danışıqlarda PKK-çılar Haftardan Rusiya istehsalı olan “Pantsir-S1” zenit-top kompleksi istəyib. Bəllidir ki, Haftar Birləşmiş Ərəb Əmirlikləri üzərindən Rusiyadan onlarla “Pantsir-S1” əldə etmişdi və ötən ilin martında Türkiyənin müdaxiləsi zamanı onların bir neçəsi “Bayraktar”lar tərəfindən vurulmuşdu.

Haftar qüvvələrinin "Pantsir" zenit-top kompleksləri: "Bayraktar"lar onlara göz açmağa imkan vermirdi...

Qəzetin istinad etdiyi mənbələr deyiblər ki, danışıqlarda PKK-çılar “Pantsir”lər üçün Haftara sanballı  məbləğ təklif ediblər. Habelə bu kompleksin Qəndil dağlarına gizli yollarla daşınacağına vəd veriblər, eyni zamanda söz veriblər ki, PKK Haftarın tərəfində döyüşmək üçün mərhələli şəkildə 3 min döyüşçü göndərəcək. Lakin Haftar Türkiyənin PKK-ya “Pantsir”lərin verilməsinə görə hansı kəskin reaksiya göstərəcəyini nəzərə alaraq əvvəlcə kürd terror təşkilatının nümayəndələrini “yola verməyə” çalışıb. Daha sonra onlara bildirilib ki, mövcud şərtlərdə belə yardım mümkün deyil.

Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI

Xəbər xətti

İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
İlqar Orucov: "Qarabağ Universiteti dünyanın nüfuzlu universitetləri sırasında olacaq"
16:00 23.04.2024
Azərbaycan Prezidenti: Dünya uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq
15:58 23.04.2024
Qarabağın yenidən qurulmasına xərclənən vəsaitin MƏBLƏĞİ
15:54 23.04.2024
İlham Əliyev: “Çinlə əməkdaşlıq genişlənir”
15:51 23.04.2024
Prezident: “COP29-a sədrliyimizə ölkəni təqdim etmək fürsəti kimi baxırıq”
15:48 23.04.2024
Hikmət Hacıyev Prezidentin Rusiya səfərindən DANIŞDI
15:40 23.04.2024
Ceyhun Bayramov erməni həmkarı ilə Qazaxıstanda görüşəcək?
15:30 23.04.2024
Gözlənilən sülh sazişi bu il imzalanacaq? - Endryu Koribko ilə ÖZƏL MÜSAHİBƏ
15:24 23.04.2024
İlham Əliyev: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”
15:18 23.04.2024
ATƏT-də Azərbaycan və Ermənistan nümayəndələri arasında mübahisə düşdü
15:09 23.04.2024
İlham Əliyev: “Bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur”
14:57 23.04.2024
Prezident: "Azərbaycan iqtisadiyyatı böhran vəziyyətində də sabit artım göstərdi"
14:52 23.04.2024
Putinin andiçmə mərasiminin tarixi AÇIQLANDI
14:51 23.04.2024
İlham Əliyev: “Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var”
14:49 23.04.2024
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
14:48 23.04.2024
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
14:44 23.04.2024
Prezident: “COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür”
14:35 23.04.2024
Sergey Stankeviç: “Tezliklə Cənubi Qafqaz tarixində yeni...” – MÜSAHİBƏ
14:30 23.04.2024
COP29-a görə vergi güzəştləri OLACAQ
14:27 23.04.2024
Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI
14:21 23.04.2024
Boşanmaq istəyənlər 15 dollar ÖDƏYƏCƏK – Azərbaycanda yeni qanun
14:11 23.04.2024
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu
14:07 23.04.2024
Azərbaycanda elektron siqaretlər qadağan oluna BİLƏR
13:59 23.04.2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
13:55 23.04.2024
Azər Həsrət Fetisov Jurnalistika Mükafatlarının təqdimatına qatılıb
13:50 23.04.2024
Ermənilər etnik azərbaycanlıların geri qayıtmaması üçün mina tələləri qurublar - Azərbaycan nümayəndəsi
13:46 23.04.2024
Parlamentdə Azərbaycanda vətəndaş nikahının artması barədə məsələ qaldırılıb, sədr bunu qanunsuz adlandırıb
13:40 23.04.2024
XİN müavini Haaqada ermənilərin faşist idealogiyasını üzə ÇIXARIB
13:31 23.04.2024
"Ermənistan işğal etdiyi əraziləri viran qoyub" - Elnur Məmmədov
13:20 23.04.2024
Sabah Bakıda 29 dərəcə isti olacaq – PROQNOZ
13:19 23.04.2024
Azərbaycanda yeni dövlət rüsumu MÜƏYYƏNLƏŞİR
13:10 23.04.2024
Alkoqollu içkilərin idxalı və istehsalı sahəsində yeni şərtlər müəyyənləşdirilir
13:05 23.04.2024
Hamısı