27 Aİ ölkəsinin müdafiə nazirləri bu gün keçiriləcək iclasda Ukrayna sərhədlərindəki vəziyyəti müzakirə edəcəklər.
Eurasia Diary Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Cozep Borrell açıqlama verib.
“Görüş zamanı, əlbəttə ki, Ukrayna-Rusiya sərhədindəki vəziyyətə diqqət yetirəcəyik”, deyə o qeyd edib.