Qazaxıstan prezidentini postsovet dövlətlərindəki hansı münaqişələr narahat edir? | Eurasia Diary - ednews.net

16 İyun, Çərşənbə


Qazaxıstan prezidentini postsovet dövlətlərindəki hansı münaqişələr narahat edir?

Dünya A- A A+

Qazaxıstan Prezidenti Kassım-Jomart Tokayev, MDB ölkələrində, ölkəsi ilə həmsərhəd olan dövlətlər arasında başlayan yeni qarşıdurmalardan narahatlığını bildirib.

Qazaxıstan prezidenti ölkədə qeyd olunan "Vətən Müdafiəçisi Günü" ərəfəsində yüksək hərbi və xüsusi rütbələrin verilməsi üçün təşkil olunan təntənəli mərasimdə çıxış edib.

Qazaxıstan lideri diqqətə çatdırıb ki, qlobal kataklizmlər və dünya miqyasında geostrateji qeyri-sabitlik şəraitində hərbi qulluqçuların rolu getdikcə artmaqdadır.

"Dövlət silahlı qüvvələrin döyüş hazırlığına və silahlanma ilə təmin olunmasına diqqətlə yanaşır. Ən müasir silahlanma və hərbi texnika modelləri sistemli şəkildə qoşunlara verilir. Hərbi personalın maaşları və sosial statusları getdikcə yüksəlir. Hərbi qulluqçulara hərtərəfli dəstək hər zaman dövlətin əsas prioritetlərindən biri olacaq deyə, Qazaxıstan prezidenti qeyd edib.

Postsovet dövlətindəki son münaqişə 28 aprel tarixində Qırğızıstan və Tacikistan arasındakı sərhəddə, hər iki tərəfin öz ərazisi kimi qəbul etdiyi Golovnoy yaxınlığında iki ölkənin sərhədyanı bölgələrinin sakinləri arasında atışmalar başlamışdı. 29 aprel tarixində Qırğızıstan və Tacikistan hərbçiləri arasında silahlı toqquşmalar baş verib.

Qırğızıstan Tacikistanı bu toqquşmalarda avtomatik silah, minaatan və Mi-24 döyüş helikopterlərindən istifadə etməkdə günahlandırırdı. 29 aprel axşam saatlarında  atəşkəsə və qoşunların toplanmasına razılaşdılar, lakin döyüşlər müəyyən yerlərdə mayın 1-dək vaxtaşırı davam etmişdi.

 

TASS

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...